Boris Conson G7-də rüsumların artırılmasını müzakirə edəcək

"Böyük Britaniya açıq, dünyaya yönəlmiş azad ticarət dövləti olarsa uğur qazanacaq"

Böyük Britaniyanın baş naziri Boris Conson “Böyük yeddilik” sammitində dünya ticarətinin vəziyyətini müzakirə etməyi düşünür.

“TASS” agentli xəbər verir ki, bu barədə o, Fransanın Biarritz şəhərində jurnalistlərə açıqlamasında bildirib.

“Bütün bunların necə olacağı, proteksionizmin güclənməsi, rüsumların artması məni çox narahat edir. Böyük Britaniya açıq, dünyaya yönəlmiş azad ticarət dövləti olarsa uğur qazanacaq”, - Conson belə deyib.(apa.az)

AzNews.az