Bu, problemin yeganə həlli yolu olacaq Bu, problemin yeganə həlli yolu olacaq
  • Qərb
  • 4 Sentyabr 2019 08:55
  •  1 900

Boris Conson deputatları seçkilərlə hədələdi

Bu, problemin yeganə həlli yolu olacaq

Britaniyanın baş naziri Boris Conson “Brexit” dalanından xilas olmağın yeganə üsulunu tapdığını bildirib.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, belə bir açıqlamanı o, sentyabrın 3-də İcmalar palatasında çıxışı zamanı deyib.

Bildirilir ki, parlamentin deputatları özlərinə “Brexit”lə bağlı qanun layihəsinə baxmaq hüququ verdikdən sonra Conson çıxış edib. Baş nazirin sözlərinə görə, əgər deputatlar Birləşmiş Krallığın AB-ni tək etməsi üçün “növbəti mənasız” təxirəsalmanın lehinə səs versələr, o zaman seçkilər “Brexit” ətrafında yarnmış vəziyyətin yeganə həlli üsulu olacaq.

“Müxalifət lideri son iki ildə seçkilər üçün dualar edir. Mən seçkiləri istəmirəm, ancaq deputatlar sabah (sentyabrın 4-də) AB ilə danışıqların dayandırılmasının və “Brexit”lə bağlı daha bir mənasız təxirəsalmanın lehinə səs versələr, o zaman bu, problemin yeganə həlli yolu olacaq. Bir daha təsdiq edirəm ki, bu gün parlamentə növbədənkənar seçkilərin keçirilməsi haqqında bir təklif təqdim edirik”, - Conson belə deyib. (APA)