Elektron siqaretlərin satışına da 6 ay müddətinə qadağa qoyulub Elektron siqaretlərin satışına da 6 ay müddətinə qadağa qoyulub
  • Qərb
  • 4 Sentyabr 2019 19:27
  •  2 197

ABŞ-da ilk dəfə elektron siqaretlərə qadağa qoyuldu

Elektron siqaretlərin satışına da 6 ay müddətinə qadağa qoyulub

ABŞ-ın Miçiqan ştatında ilk dəfə elektron siqaretlər qadağan olunub.

Ştat qubernatoru Qrethen Uitmerin sözlərinə görə, qadağa gəncləri siqaretin zərərli təsirlərindən qorumaq məqsədi daşıyır. Qadağa meyvəli, şirin, nanə və mentol ətirli siqaretlərə aiddir. Tütün qoxulu siqaretlərin istifadəsi isə sərbəstdir.

Elektron siqaretlərin pərakəndə və onlayn satışına da 6 ay müddətinə qadağa qoyulub.(qafqazinfo.az)

AzNews.az