"Bu təyyarələrin satılması "bölgədəki hərbi tarazlığın dəyişməsinə səbəb olmayacaq" "Bu təyyarələrin satılması "bölgədəki hərbi tarazlığın dəyişməsinə səbəb olmayacaq"
  • Qərb
  • 11 Sentyabr 2019 21:50
  •  2 590

ABŞ Polşaya 32 ədəd “F-35” təyyarəsi satdı

"Bu təyyarələrin satılması "bölgədəki hərbi tarazlığın dəyişməsinə səbəb olmayacaq"

ABŞ rəhbərliyi Polşaya 6,5 milyard dollar dəyərində 32 ədəd beşinci nəsil “F-35” bombardmançı təyyarəsini satmağı qərara alıb.

“TASS” agentliyi xəbər verir ki, bu barədə çərşənbə günü hökumətlərarası müqavilələrə əsasən xaricdə hərbi texnika və silah tədarükü həyata keçirən ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi və Əməkdaşlığı üzrə İdarəsi açıqlama yayıb.

Razılığa əsasən, siyahıya 32 təyyarə, “Pratt & Whitney” tərəfindən hazırlanan 33 ədəd F-35 mühərrikləri, eləcə də əlaqəli avadanlıqların satışı daxildir.

ABŞ Müdafiə Nazirliyinin mövqeyinə görə, müqavilənin icrası “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi”" maraqlarına uyğundur. Saziş eyni zamanda “Avropada siyasi sabitlik və iqtisadi rifah üçün vacib bir qüvvə olan NATO müttəfiqinin təhlükəsizliyini artıracaq”. ABŞ rəhbərliyi hesab edir ki, bu təyyarələrin satılması “bölgədəki hərbi tarazlığın dəyişməsinə səbəb olmayacaq”.(apa.az)

AzNews.az