- Qərb
- 22 Sentyabr 2019 19:13
- 2 707
ABŞ-da kimyəvi zəhərlənmə oldu - 3 ölü, 4 yaralı
Polis dərhal hadisə yerində araşdırmaya başlayıb
ABŞ-ın Pitsburq şəhərində tədbirlərin birində kimyəvi maddələrdən zəhərlənmə hadisəsi olub.
Tədbirdə paylanan narıncı qol lentləri bir qədər sonra insanlarda narahatlıq yaradıb. Lentlərdən ifraz olunan maddələr səbəbindən 3 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.
Polis dərhal hadisə yerində araşdırmaya başlayıb. Həmin lentlərdən istifadə edənlərin təcili olaraq klinikalara baş vurmaları və polisə müraciət etmələri tələb olunub.
Hadisənin səbəbləri araşdırılır. (qafqazinfo)
AzNews.az