Aylin əslən Güney Azərbaycandandır Aylin əslən Güney Azərbaycandandır
  • Qərb
  • 30 Sentyabr 2019 14:32
  •  2 511

Azərbaycanlı deputata İsveçdə yüksək vəzifə verildi

Aylin əslən Güney Azərbaycandandır

İsveç parlamentinin azərbaycanlı deputatı Aylin Fazelian İsveç Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Azərbaycan türkünün Partiyanın Mərkəzi Komitəsinə üzv seçilməsi böyük uğurdur. Bu, Aylinin partiyada nüfuzunu göstərir. Aylin İsveçin ictimai-siyasi və sosial-mədəni mühitində fəallığı ilə seçilir”, - E.Eltürk bildirib.

Qeyd edək ki, Aylin əslən Güney Azərbaycandandır. Ailəsi 30 il əvvəl İsveçə köçüb.