Bu, Kaçinskiyə müstəqil şəkildə hökuməti idarə etmək hüququ verir Bu, Kaçinskiyə müstəqil şəkildə hökuməti idarə etmək hüququ verir
  • Qərb
  • 14 Oktyabr 2019 22:18
  •  3 666

Polşada parlament seçkilərinin nəticələri açıqlandı

Bu, Kaçinskiyə müstəqil şəkildə hökuməti idarə etmək hüququ verir

Polşada parlament seçkilərinin nəticələri açıqlanıb.

Qalib hakim partiya “Haqq və ədalət” olub. Yaroslav Kaçinskinin partiyası 43,59% səs toplayıb, seymdəki 460 yerin isə yarısını tutub. Bu isə Kaçinskiyə müstəqil şəkildə hökuməti idarə etmək hüququ verir.

İkinci yeri müxalif “Vətəndaş koalisiyası” (27,4%), üçüncü yeri “Sol demokratlar ittifaqı” partiyası (12,57%) tutub.

Qeyd eədk ki, Yaroslav Kaçinski 2010-cu ildə Smolenskdə təyyarə qəzasında ölən prezident Lex Kaçinskinin əkiz qardaşıdır. O, ölkədə söz sahibi olan insanlardan biri hesab edilir.(qafqazinfo.az)

AzNews.az