“Mən onun ifadəsini tələb edirəm" “Mən onun ifadəsini tələb edirəm"
  • Qərb
  • 21 Oktyabr 2019 09:37
  •  3 536

Tramp konqresmeni "dələduz" adlandırdı

“Mən onun ifadəsini tələb edirəm"

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiffi tənqid edərək, onu dələduz və korrupsiyalaşmış məmur adlandırıb.

Bunu Tramp “Twitter” hesabında yazıb.

Birləşmiş Ştatların rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığının ideal olduğunu vurğulayıb.

“Bunu ukraynalı həmkarım heç bir təzyiq olmadan özü də bəyan edib”.

Amerika lideri, Şiffin telefon danışığını təhrif etdiyini bilmək üçün onun sorğu-sual edilməsini söyləyib.

“Mən onun ifadəsini tələb edirəm. O, dələduzdur” deyə Trump bildirib. (Report)

AzNews.az