Sığınacaq almaq ehtimalı olan miqrantlar ölkənin qitə hissəsinə göndəriləcək Sığınacaq almaq ehtimalı olan miqrantlar ölkənin qitə hissəsinə göndəriləcək
  • Qərb
  • 20 Noyabr 2019 18:18
  •  1 773

Yunanıstanda qaçqın düşərgələri ləğv edilir

Sığınacaq almaq ehtimalı olan miqrantlar ölkənin qitə hissəsinə göndəriləcək

Yunanıstan hökuməti Lesbos, Samos, Hios adalarında yerləşən üç ən böyük qaçqın düşərgəsini bağlamaq qərarına gəlib.

DW xəbər verir ki, hökumət sözçüsü mətbuat konfransı zamanı həmin düşərgələr əvəzinə göndəriş və tanınma mərkəzləri yaradacaqlarını açıqlayıb. Yeni mərkəzlərdə sığınacaq ala bilməyib vətəninə qaytarılacaq miqrantların yerləşdiriləcəyi bildirilir.

DPA xəbər verir ki, sığınacaq almaq ehtimalı olan miqrantlar ölkənin qitə hissəsinə göndəriləcək.

Qeyd edək ki, Avropa İttifaqında qüvvədə olan Dublin sazişinə əsasən, sığınacaq ərizəsi sahibinin ilk daxil olduğu ölkənin hökuməti tərəfindən araşdırılmalıdır.(report.az)

AzNews.az