Paytaxt Parisdə şəhər metrosunun 16 xəttindən yalnız 5-i işləyir Paytaxt Parisdə şəhər metrosunun 16 xəttindən yalnız 5-i işləyir
  • Qərb
  • 5 Dekabr 2019 18:15
  •  2 988

Fransada nəqliyyat sistemi iflic oldu, səbəbi...

Paytaxt Parisdə şəhər metrosunun 16 xəttindən yalnız 5-i işləyir

Fransada həmkarlar təşkilatları ölkə ərazisində genişmiqyaslı tətil keçirir.

Tətil ölkə prezidenti Emmanuel Makronun təklif etdiyi pensiya islahatları ilə əlaqədardır.

Yeni qaydalara əsasən pensiya yaşının artırılması, daha tez pensiyaya çıxanların az pensiya alması təklif olunur.

Ümumölkə tətili nəticəsində nəqliyyat sisteminin işində ləngimələr yaranıb.

Sürət qatarları və şəhərlərarası qatar reyslərinin 90 faizi təxirə salınıb.

Paytaxt Parisdə şəhər metrosunun 16 xəttindən yalnız 5-i işləyir.

“Air France” aviaşirkəti daxili uçuşların 30 faizini, eləcə də qısaməsafəli xarici uçuşların 30 faizini ləğv edib.(trend.az)

AzNews.az