Merkel BMT-nin iclasında iştirak etməyəcək

O, bunu COVID-19 pandemiyası ilə bağlı təlimata əməl etmələri ilə əsaslandırıb

Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Hayko Maas BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli həftəsində iştirak etməyəcəklər.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın BMT-dəki daimi nümayəndəsi Kristof Hoysgen iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.

O, bunu COVID-19 pandemiyası ilə bağlı təlimata əməl etmələri ilə əsaslandırıb.

Bir müddət əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp tədbirdə şəxsən çıxış edəcək yeganə dövlət başçısı olacaq. Başqa liderlərin çıxışları videomüraciət şəklində göstəriləcək.

Bununla belə Nyu-Yorkdakı tədbirə arzu edən qatıla bilər.