Bütün tullantılar təkrar enerji üçün yenidən istifadə ediləcək və ya təkrar emal olunacaq Bütün tullantılar təkrar enerji üçün yenidən istifadə ediləcək və ya təkrar emal olunacaq
  • Qərb
  • 15 Yanvar 2021 22:10
  •  11 471

Bu şəhər Avropanın “Yaşıl paytaxtı” elan olundu

Bütün tullantılar təkrar enerji üçün yenidən istifadə ediləcək və ya təkrar emal olunacaq

Finlandiyanın Lahti şəhəri bu il Avropanın “Yaşıl paytaxtı” elan olunub.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu ad ona Lissabondan ötürülüb. Şəhər dairəvi iqtisadiyyat yaratmağa müvəffəq olduğu üçün bu ada layiq görülüb. Bundan başqa, Lahtinin sahilində yerləşən Vesiyarvi gölünün bərpası xüsusi qeyd olunub.

Lahti 2025-ci ilədək istixana qazı tullantılarını 1990-cı il səviyyəsi ilə müqayisədə 80%-dək azaltmağı planlaşdırır. Bundan başqa, hədəfdə 2050-ci ilədək tullantısız iqtisadiyyat qurmaq da var. Bütün tullantılar təkrar enerji üçün yenidən istifadə ediləcək və ya təkrar emal olunacaq.

Qeyd edək ki, Avropa Komissiyası “Avropanın Yaşıl paytaxtı” titulunu 2008-ci ildən müəyyən kriteriyalar çərçivəsində 100 mindən çox əhalisi olan şəhərlərə verir.