ABŞ-ın yeni Prezidenti Cozef Bayden vacib sərəncamlar imzaladı ABŞ-ın yeni Prezidenti Cozef Bayden vacib sərəncamlar imzaladı
  • Qərb
  • 21 Yanvar 2021 09:24
  •  8 057

ABŞ özünə qayıdır - Baydenin ilk 15 sərəncamı ilə

ABŞ-ın yeni Prezidenti Cozef Bayden vacib sərəncamlar imzaladı

ABŞ-ın yeni Prezidenti Cozef Bayden prezidentliyinin ilk günündə 15 sərəncam imzalayıb.

"TASS"ın yaydığı məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Onlardan bir neçəsi:

- ABŞ-ın ÜST-yə qayıtması haqqında;

- Paris İqlim Sazişi çərçivəsində ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə qayıtması haqqında;

- Dövlət müəssisələrində məcburi qaydada maskalar istifadə haqqında;

- Yoxsulluqla bağlı vəziyyətin yaxşılaşdırmaq üçün tədbirlər haqqında;

- Meksika ilə sərhəddəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin ləğvi haqqında;

- Kanada ilə sərhəddə Keystone XL boru kəmərinin tikintisinin dayandırılması haqqında;

- Bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a giriş qadağasının ləğvi haqqında.