Moldova XİN məlumat yayıb Moldova XİN məlumat yayıb
  • Qərb
  • 13 Fevral 2021 16:14
  •  11 869

Azərbaycan səfiri Moldovanın dövlət katibi ilə görüşüb

Moldova XİN məlumat yayıb

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi George Leuke Azərbaycan Respublikasının bu ölkədəki səfiri Qüdsi Osmanovu qəbul edib.

AzNews.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli səviyyədə siyasi, sosial, iqtisadi və ticari sahələrdə, eləcə də çoxtərəfli formatlardakı qarşılıqlı əlaqələrə toxunulub.

Rəsmilər ikitərəfli münasibətlərin gələcək dinamikasının inkişafı, müxtəlif səviyyələrdə siyasi dialoqun intensivləşdirilməsi, nazirlərarası əməkdaşlıq və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti ilə bağlı bəzi məsələləri də müzakirə ediblər.

Həmçinin bəzi regional və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq barədə məlumat və fikir mübadiləsi aparılıb.