"Ehtiyatlı olun" "Ehtiyatlı olun"
  • Qərb
  • 27 Fevral 2021 10:17
  •  10 374

Cəzasız qalmayacaqlar - ABŞ rəhbərliyi İranı hədələdi

"Ehtiyatlı olun"

“ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri İrana və digərlərinə Amerika maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağına işarədir”.

Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Bizim hücumlara, həm də davam edən açıq təhdidə cavab verməyimiz lazım idi”, -deyə diplomat deyib.

ABŞ prezidenti Co Bayden də İrana xəbərdarlıq edib. Jurnalistin “Suriyanı bombalayaraq İrana hansı siqnal göndərmək istəyirsiniz” sualına cavabında Bayden deyib:

“Siz cəzasız hərəkət edə bilməzsiniz. Ehtiyatlı olun”.

Qeyd edək ki, ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib. Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub.

Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyində bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub. Qeyd edilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.