• Qərb
  • 4 Mart 09:13
  •  5 593

Almaniyada karantin uzadıldı

2021-ci ilin yazı başqa cür olacaq

Almaniyada yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejiminin müddəti martin 28-nə kimi uzadılıb.

“Report”un məlumatına görə, bununla belə federal torpaqların rəhbərləri yumşalmalara getməklə bağlı qərar vermək hüququnu özündə saxlayırlar.

Almaniyan kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında qərara münasibət bildirib:

“Biz lokdaunun aradan qaldırılması üçün addımlar atmalıyıq. Amma bizi geri salmasın deyə bu addımları diqqətlə izləmələyik. 2021-ci ilin yazı ötən ilin yazına nisbətən başqa olacaq”.

Qeyd olunub ki, ilk addım olaraq 8 martdan etibarən kitab və çiçək mağazaları, bağçılıq bazarları, gözəllik salonları və sürücülük məktəblərinin açılması planlaşdırılır.

Martın 22-dən etibarən restoranların, kinoteatrların və pərakəndə satış mağazalarının qismən açılması istisna deyil. Bu, yalnız ciddi gigiyena qaydalarına riayət edildiyi təqdirdə mümkün olacaq.

AzNews.az