Sui-qəsd planının tarixi də açıqlanıb Sui-qəsd planının tarixi də açıqlanıb
  • Qərb
  • 18 Aprel 2021 12:58
  •  8 431

ABŞ-ın vitse-prezidenti ölümlə təhdid olundu

Sui-qəsd planının tarixi də açıqlanıb

Floridada yerli sakin ABŞ-ın vitse-prezidenti Kamala Harrisi öldürmək təhdidinə görə saxlanılıb.

39 yaşlı tibb bacısı, afroamerikalı Nivian Peti Felps həbsxanada olan əri üçün bir neçə video hazırlayıb. O, videolarda siyasətçini öldürməklə hədələyib, hətta sui-qəsd planının tarixini də açıqlayıb.

Felps həmçinin Harrisin afroamerikalı oması barədə şübhəsini ifadə edib.

Məhkəmə prosesində hakim 3 uşaq anası olan Felpsi cəmiyyət üçün təhlükəli hesab edib və onun istintaq altında olduğu müddətdə həbsi barədə qərar çıxarıb. Müqəssiri təqsirini etiraf edəcəyi təqdirdə beş illik həbs cəzası gözləyir./Report