İyunun 19-u artıq rəsmi olaraq istirahət günü hesab olunur İyunun 19-u artıq rəsmi olaraq istirahət günü hesab olunur
  • Qərb
  • 18 İyun 2021 09:08
  •  9 037

Bayden bu tarixi federal bayram elan etdi

İyunun 19-u artıq rəsmi olaraq istirahət günü hesab olunur

ABŞ Prezidenti Co Bayden ölkədə qulların azad edilməsi günü kimi qeyd olunan 19 iyun tarixini federal bayram elan edilməsi haqqında fərman imzalayıb.

Bu barədə AzNews.az TASS-a istinadən xəbər verir.

Qərara əsasən, iyunun 19-u artıq rəsmi olaraq istirahət günü hesab olunur.

Bu il iyunun 19-u şənbə gününə təsadüf etdiyindən istirahət günü iyunun 18-nə keçirilir.