İkisinin vəziyyəti ağırdır İkisinin vəziyyəti ağırdır
  • Qərb
  • 16 İyul 2021 08:37
  •  10 603

ABŞ-da dörd polis güllələnib

İkisinin vəziyyəti ağırdır

ABŞ-ın Texas ştatının Levelland şəhərində dörd polis əməkdaşı güllə yarası alıb.

Bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda deyilir.

Belə ki, evində gizlənən silahlı şəxs əraziyə gələn polislərə atəç açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.

Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağırdır. Yerli telekanallar yaralanan polislərdən birinin öldüyü barədə məlumat yaysa da, xəbər rəsmi təsdiqlənməyib. (report)