"Çünki səhvlərimizin nəticəsindən hamımız əziyyət çəkirik” "Çünki səhvlərimizin nəticəsindən hamımız əziyyət çəkirik”
  • Qərb
  • 21 Sentyabr 2021 20:17
  •  5 049

“Biz yeni “Soyuq müharibə” və ya bölünmüş dünyanın axtarışında deyilik” - Bayden

"Çünki səhvlərimizin nəticəsindən hamımız əziyyət çəkirik”

“ABŞ güclü dövlətlərin zəiflər üzərində dominantlıq etməsinin, onların ərazisini güc yolu ilə dəyişdirmək cəhdlərinin qarşısında dayanacaq”.

Aznews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın yanaşması möhkəm əsaslara malikdir və BMT-nin missiyası və dəyərləri ilə tam üst-üstə düşür.

Co Bayden qeyd edib ki, dünyanın böyük dövlətləri öz əlaqələrini diqqətlə idarə etməyə borcludur: “ABŞ dezinformasiyaya qarşı öz dəyərlərinə söykənərək müttəfiqlərinin və dostlarının arxasında dayanacaq. Amma təkrar deyim ki, biz yeni “Soyuq müharibə” və ya bölünmüş dünyanın, sərt blokların axtarışında deyilik. ABŞ ortaq problemlərin olduğu istənilən xalqla, hətta ən gərgin narazılıqların olduğu xalqlarla belə problemlərin sülh yolu ilə həlli istiqamətində addım atıldığı təqdirdə işləməyə hazırdır. Çünki səhvlərimizin nəticəsindən hamımız əziyyət çəkirik”.