- Qərb
- 20 Noyabr 2021 21:07
- 9 049
Polşa Senatının spikerinə sui-qəsd cəhdi olub

Spiker Tomaş Qrodzkiyə hədə-qorxu məktubu və partlayıcı maddələr olan bağlama gəlib
Polşa parlamentinin yuxarı palatasının (Senat) spikeri Tomaş Qrodzkiyə hədə-qorxu məktubu və partlayıcı maddələr olan bağlama gəlib.
Aznews.az xəbər verir ki, bu barədə spiker özünün tviter səhifəsində məlumat yayıb.
Qrodzki bildirib ki, bağlamada olan partlayıcı maddələr müvafiq orqanlar tərəfindən zərərsizləşdirilib.
Hazırda bağlamanın kim tərəfindən göndərildiyi araşdırılır.