Biz Rusiyanı gərginliyi azaltmağa və sülh yolu ilə həll tapmaq üçün dialoq yolunu seçməyə çağırırıq”, - NATO Baş katibi qeyd edib Biz Rusiyanı gərginliyi azaltmağa və sülh yolu ilə həll tapmaq üçün dialoq yolunu seçməyə çağırırıq”, - NATO Baş katibi qeyd edib
  • Qərb
  • 10 Fevral 2022 19:34
  •  6 933

NATO Ukraynaya siyasi dəstəyini davam etdirəcək

Biz Rusiyanı gərginliyi azaltmağa və sülh yolu ilə həll tapmaq üçün dialoq yolunu seçməyə çağırırıq”, - NATO Baş katibi qeyd edib

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Yens Stoltenberq "Twitter"də bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı Rusiyanın Ukrayna və onun ətrafında hərbi qüvvələrini toplaması müzakirə olunub.

“NATO çox dəyərli tərəfdaşımıza siyasi və praktiki dəstəyi davam etdirəcək. Biz Rusiyanı gərginliyi azaltmağa və sülh yolu ilə həll tapmaq üçün dialoq yolunu seçməyə çağırırıq”, - NATO Baş katibi qeyd edib.