Bu barədə Stoltenberq “Twitter"də bildirib Bu barədə Stoltenberq “Twitter"də bildirib
  • Qərb
  • 5 Oktyabr 2022 20:17
  •  5 714

Stoltenberq Ukrayna ordusunun son uğurlarına görə Zelenskini təbrik edib

Bu barədə Stoltenberq “Twitter"də bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Stoltenberq “Twitter"də bildirib.

"Prezident Zelenski ilə danışdım və cəsarətli Ukrayna xalqını və ordusunu öz ərazilərini rus təcavüzkarlarından geri alması istiqamətində irəliləyişə görə təbrik etdim. Rusiya başladığı bu müharibəni dayandırmalıdır. NATO lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcək və bu dəstəyi gücləndirəcək", Stoltenberq vurğulayıb.