• Qərb
  • 16 Noyabr 2022 13:29
  •  11 651

"NATO Polşaya raket zərbəsinin axırına çıxacaq" - Rişi Sunak

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumlarına görə qınayıb.

AzNews.az xəbər verir ki, Balidə G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransında baş nazir NATO-nun Polşaya raket zərbəsini məsələsinin axırına çıxacağını vurğulayıb.

O bildirib ki, hərbi alyans iki nəfərin ölümü ilə nəticələnən insidentlə bağlı faktları araşdırır.

R. Sunak həmçinin əlavə edib ki, Rusiya son günlər Ukraynaya çoxsaylı raket hücumları etməsəydi, bu cür vəziyyət yaranmazdı.

Baş nazir Putinin təhlükəsizlik üçün davamlı təhdid yaratdığına və iqtisadiyyatı zəiflətdiyinə görə məsuliyyət daşıdığını deyib.

Pərvanə