• Qərb
  • 5 Fevral 2023 13:49
  •  6 009

Borel: “İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir”

“İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir. Çünki Tehranın bir sıra məsələlərdə hazırkı mövqeyi onun nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir”.

Aznews.az xəbər verir ki, bunu “El Pais” qəzetinə müsahibəsində Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel bəyan edib.

“Daxildə etirazların boğulması, xüsusən də qadınların hüquqlarının pozulması, ölüm hökmünün tətbiqi, Rusiyaya silah tədarükü - onlar bunu etdiklərini inkar etsələr də, bununla bağlı çoxlu dəlillər var - elə bir mühit yaradıblar ki, nüvə razılaşması getdikcə çətinləşir” - deyə, o bildirib.

Diplomat əlavə edib ki, hazırda müqavilə dondurulub: “Mən onu xilas etməyə çalışmalıyam”.