- Qərb
- 10 Fevral 2023 14:33
- 5 119
Rişi Sunak zəlzələdən zərərçəkənlər üçün yardım ləvazimatları yığır

İngiltərə Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyəyə axtarış-xilasetmə qrupu və tibbi personal göndərib.
London rəhbərliyi də Türkiyə və Suriyaya 5 milyon lirəlik yardım edəcəyini açıqlayıb.
Atılan addımlardan sonra Böyük Britaniyanın Baş naziri Rişi Sunak London Universitet Kollecinin (UCL) Türk Tələbə Birliyinin zəlzələ qurbanlarına yardım kampaniyasına qoşulub.
Şagirdlərə yardım materiallarının çeşidlənməsinə və qablaşdırılmasına kömək edən Sunak həmçinin papaq, şərf və adyal bağışlayıb.
"Onlar Türkiyə və Suriyadakı bu dəhşətli faciədən zərər çəkənlərə kömək etmək üçün həyati vacib ləvazimatları toplayırlar. Xüsusilə uşaqlar üçün geyim, yorğan, tibbi avadanlıq və ləvazimatları qablaşdırırıq. 20 minə yaxın insan həyatını itirdi. Şəhərlər dağıdıldı. Bir ata kimi əminəm ki, övladlarını, körpələrini dağıntılar altında tapmaq istəyən ailələrin acınacaqlı vəziyyətini hamı görüb", - Rişi Sunak bildirib.
İngiltərə Baş naziri əlavə edib ki, Türkiyəyə kömək etmək üçün əllərindən gələni edəcəklər.
Pərvanə