• Qərb
  • 1 Aprel 20:52
  •  2 051

Polşanın Tiçi şəhərində təbii qaz partlayışı nəticəsində 15 nəfər xəsarət alıb

Polşanın cənubundakı Tıçi şəhərində mənzildə təbii qazın partlaması nəticəsində 15 nəfər xəsarət alıb.

Aznews.az xəbər verir ki, partlayış nəticəsində bir çox mənzilə ziyan dəyib, 23 nəfər təxliyə edilib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Yanğınsöndürənlər dağıntılar altında qalanların olub olmadığını müəyyən etmək üçün axtarış-xilasetmə itlərindən istifadə edirlər.

Partlayışın səbəbi hələlik məlum deyil və ekspertlər binanın yaşayış üçün yararlı olub-olmamasını araşdıracaqlar.

Mövsüm

Aznews.az