• Qərb
  • 2 Aprel 18:39
  •  2 746

Moldova müxalifəti Aİ-yə üzv olmaqdan imtinanın səbəbini açıqlayıb

Moldovanın "Şor" müxalifət partiyasının sədri İlan Şor deyib ki, Moldova Avropa İttifaqına (Aİ) daxil olmaq üçün özlüyündə məqsəd olmamalıdır, çünki orada korrupsiya tüğyan edir.

“Təsəvvür edin, bizə dürüstlük və şəffaflıq idealı kimi təqdim olunan “müqəddəs” Avropa İttifaqında ən yüksək vəzifələrdə oğurluq və vəzifədən sui-istifadə çiçəklənir. Özünüzü düşünməyin və buna boyun əyməməyin vaxtıdır”, o, öz Teleqram kanalında koronavirus vaksinləri ilə bağlı danışıqların araşdırılması ilə bağlı qalmaqalı şərh edərkən yazıb.

Şorun sözlərinə görə, əgər ədalət araşdırılan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə çatıbsa, o zaman tezliklə Moldova hakimiyyətinin “növbəsi gələcək”.

Siyasətçi qeyd edib ki, ölkədə rəhbər vəzifələrdə çoxlu əcnəbilər çalışır.

Mövsüm

Aznews.az