• Qərb
  • 22 May 21:23
  •  3 495

Naməlum şəxslər İsrailin Münhendəki Baş Konsulluğuna hücum ediblər

Naməlum şəxslər İsrailin Münhendəki Baş Konsulluğuna hücum edərək diplomatik nümayəndəliyin ərazisinə içərisində alışan qarışığın olduğu ehtimal edilən butulka atıblar.

Bu barədə İsrailin baş konsulu Talya Lador X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Bu gün İsrail Dövlətinin Münhendəki Baş Konsulluğuna hücum edilib. Bu, Almaniyanın cənubundakı İsrail dövlətinin simvoluna hücumdur. Münhen polisinə sayıqlığına görə təşəkkür etmək istərdik”, - Lador yazıb.

Diplomat vurğulayıb ki, son aylar dünyada tez-tez antisemitizm və anti-İsrail ritorikası eşidilir və bu dəfə daha da irəli gedərək fiziki hücuma çevrilib. İstərdim ki, Alman səlahiyyətliləri konsulluğa edilən bu hücumu İsrailə və xalqına nifrətin hara apardığını göstərən siqnal kimi görsünlər.

Mövsüm

Aznews.az