• Qərb
  • 7 Avqust 21:10
  •  2 767

Macarıstanın xarici işlər naziri Aİ-ni “yalan fabriki” adlandırıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ-ni baş nazir Viktor Orbanın sülh təşəbbüsünü əngəlləyən, neft tranzitinin dayandırılmasını dəstəklədiyi və miqrasiya siyasəti ilə bağlı ittihamlar səsləndirdiyi üçün "yalan fabriki" olaraq görür.

Siyarto özünün "Facebook" səhifəsində yazıb ki, “Brüssel yalan fabriki”nin məhsuldarlığına nə faktlar, nə də ənənəvi yay sükunəti mane olmayıb” və bu aydındır ki, daimi uğursuzluqlar da onun işinə mane olmur”.

"Brüssel yalan fabriki Viktor Orbanın Kiyev, Moskva, Pekin və Floridaya səfərlərindən sonra Budapeştin sülhməramlı missiyasına hücum etdi. Brüssel də ukraynalıların göstərişi ilə neftin tranzitinə qadağa qoyulması məsələsində ifşa olundu. Bunun nəticəsində bizim də daxil olmaqla iki AB üzvü enerji təchizatı üçün ciddi təhlükələrlə üzləşir, iki uğursuzluqdan sonra Brüssel izdihamı Macarıstanın Rusiya və Belarus casuslarını Aİ-yə buraxdığını iddia edərək növbəti yalanı ortaya atdı. Biz artıq Baltikyanı ölkələrin nümayəndələrinə bunun nə üçün açıq-aşkar yalan olduğunu açıq şəkildə izah etmişik, lakin görünür, onlar nə faktlara əhəmiyyət verir, nə də Manfred Veberə (Avropa Xalq Partiyasının ən böyük rəhbəri)", - deyə o qeyd edib.

Mövsüm

AzNews.az