- Qərb
- 2 Oktyabr 15:19
- 2 724
Fransa Milli Assambleyası prezident Makronun impiçmenti təklifini rədd edib
"Invictus France" partiyasının Fransa prezidenti Emmanuel Makrona qarşı təklif etdiyi impiçment proseduru Milli Assambleyanın hüquq komissiyası tərəfindən rədd edilib.
Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, komissiyanın səsverməsinin nəticələrinə əsasən impiçment təşəbbüsü rədd edilib. Belə ki, 54 deputat əleyhinə, 15 deputat lehinə çıxış edib.
İmpiçment prosedurunun başlanmasının komissiya tərəfindən rədd edilməsinə baxmayaraq, Prezidentlər Konfransı (Fransa parlamentinin qanunvericilərin gündəliyinin müəyyən edilməsinə cavabdeh olan orqanı - red.) bu təşəbbüsü hələ də Milli Assambleyanın müzakirəsinə verilməsinə imkan verir.
Nəşr qeyd edir ki, öz növbəsində hadisələrin bu cür inkişafının da heç bir zəmanəti yoxdur, çünki Prezidentlərin Konfransında impiçment prosedurunun təşəbbüskarı olan solçu deputatlar səs çoxluğuna malik deyillər.
Mövsüm
AzNews.az