- Qərb
- 8 Aprel 15:25
- 2 908
Hakerlər Çexiyanın baş naziri Fialanın X hesabına hücum ediblər
Çexiyanın baş naziri Petr Fialanın X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabı hakerlərin hücumuna məruz qalıb, onlar bir sıra saxta yazılar, o cümlədən Rusiya ordusu ilə bağlı yazılar dərc ediblər.
Bu barədə “Ceske Noviny” agentliyi hökumət başçısının mətbuat katibi Lusi Yeşatkovaya istinadən məlumat yayıb .
Məqalədə deyilir: “Bu səhər Baş nazir və ODS (Vətəndaş Demokratik Partiyası - Red.) sədri Petr Fialanın X-dəki hesabına hücum edilib və orada saxta mesajlar yayılıb”.
Yazılardan birində Rusiya ordusunun “Kalininqradla sərhədə yaxın çex bölmələrinə” hücum etdiyi iddia edilib. Çexiya hökumətinin sözçüsü bunun doğru olmadığını vurğulayıb. Digər iki paylaşımda hakerlər ABŞ-nin yeni tariflərinə cavab olaraq Praqanın sanksiyalar hazırlaması barədə çex və ingilis dillərində məlumat yerləşdiriblər.
Mövsüm
Aznews.az