- Qərb
- 12:58
- 1 458
İlin birinci rübündə Almaniyadan 6 mindən çox insan deportasiya edilib

2025-ci ilin ilk üç ayında Almaniyadan 6151 nəfər deportasiya edilib.
Bu barədə “Tagesspiegel” qəzeti Almaniya federal hökumətinin Sol Partiya, Xristian Sosial Birlik (CSU) və Yaşıllar Partiyasının sorğusuna cavabına istinadən məlumat yayıb .
Hökumət sənədinə görə, deportasiyalar eyni sürətlə davam edərsə, bu il ölkədən 24 mindən çox insan deportasiya ediləcək ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Qeyd olunur ki, 2024-cü ildə Almaniyadan 20 minə yaxın, 2023-cü ildə isə 16,5 minə yaxın insan deportasiya edilib.
Mövsüm
Aznews.az