- Qərb
- 13:56
- 1 076
Finlandiyada Rusiya sərhədi yaxınlığında NATO-nun 5 min əsgəri ilə təlimləri başlayır

Finlandiyada Rusiya sərhədi yaxınlığında 5 minə yaxın hərbçinin iştirak etdiyi quru təlimləri başlayıb.
“Karelian Qılınc 25” adlanan manevrlər mayın 23-dən iyunun 1-dək Kymenlaakso bölgəsində keçirilir.
RİA Novosti ölkənin quru qoşunlarına istinadən xəbər verir ki, onlara Britaniya və ABŞ hərbçiləri , həmçinin 700-ə yaxın texnika cəlb olunub.
"Harada olursunuzsa olun, uçarkən Rusiyanı görə bilərsiniz. Siz çox yaxınsınız" deyə Finlandiyanın şimalında Avropanın ən böyük poliqonunda keçirilən təlimləri şərh edən Britaniya Ordusunun 1-ci Hava Briqadası Döyüş Qrupunun komandiri briqada generalı Nik İnqliş bildirib.
Mövsüm
Aznews.az