• Qərb
  • 2 İyun 18:21
  •  1 436

Rumıniyada zavodda 9 nəfər dəm qazından zəhərlənib

Rumıniyada OMV Petrom neft emalı zavodunda işləyən 9 nəfər dəm qazı və hidrogen sulfiddən zəhərlənib.

Bu barədə "Stiri pe surse" onlayn portalı məlumat yayıb .

"Söhbət dəm qazı və hidrogen sulfiddən zəhərlənən doqquz işçidən gedir. Onların hamısı huşunu itirib, dördünün sistemə ehtiyacı var, qalanlarının vəziyyəti stabildir", - məqalədə deyilir.

Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınlarının gəldiyi bildirilir.

Mövsüm

Aznews.az