• Qərb
  • 12 İyun 20:28
  •  2 011

Macarıstan və Slovakiyanın Rusiya neftindən imtina etmək niyyəti yoxdur

Macarıstanın xarici işlər naziri Peter Siyarto slovakiyalı həmkarı Juraj Blanar ilə telefon danışığından sonra bildirib ki, Macarıstan və Slovakiya Rusiyanın enerji təchizatından imtina planına qarşı çıxmağı planlaşdırır.

Siyarto qeyd edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təşəbbüsü iki dövlətin suverenliyinin pozulmasına gətirib çıxarır.

"Milli enerji siyasətinin formalaşdırılması suverenlik məsələsidir və heç kim buna qarışa bilməz. Brüssel və Kiyev naminə biz mövcud enerji mənbələrimizi daha bahalı və etibarsız olanlara dəyişməyə hazır deyilik!", - deyə Siyarto bildirib.

Mövsüm

Aznews.az