- Qərb
- 12 İyun 20:30
- 1 626
Pistorius Ukraynaya əlavə 1,9 milyard avro hərbi yardım ayırdığını açıqlayıb

Almaniya hakimiyyəti Ukraynaya silah və sursat alınması üçün əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi brifinqdə bildirib .
"Və indi biz daha 1,9 milyard avro planlaşdırırıq - bu hələ yekunlaşdırılmayıb, lakin işlənmə mərhələsindədir", - Bild qəzeti onun sözlərini sitat gətirib.
Pistorius qeyd edib ki, Almaniya bu il Ukraynaya dəstək üçün artıq 4 milyard avro ayırıb və sonradan bu məbləğ 7 milyard avroya çatdırılıb.
Mövsüm
Aznews.az