- Qərb
- 16 İyun 20:37
- 874
Reuters: ABŞ-də karnavalda atışma nəticəsində üç nəfər ölüb

ABŞ-nin Yuta ştatında karnavalda baş verən atışma nəticəsində biri körpə də daxil olmaqla üç nəfər ölüb, iki nəfər yaralanıb.
Reuters agentliyinin yerli polisə istinadən verdiyi məlumatda qeyd edilib.
"Bazar günü gecə Yuta ştatının Solt-Leyk Siti şəhəri yaxınlığında hər il keçirilən karnavalda iki qrup arasında baş verən davada səkkiz aylıq körpə də daxil olmaqla üç nəfər güllələnərək öldürülüb, iki yeniyetmə yaralanıb", - agentliyin açıqlamasında bildirilir.
Münaqişə zamanı birinci qrupdan olan 16 yaşlı yeniyetmə silahı çıxararaq digər qrupa atəş açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi həbs ediblər.
Mövsüm
Aznews.az