- Qərb
- 25 İyun 17:32
- 1 357
Ən qısa NATO bəyannaməsi qəbul edilib

İyunun 25-də Haaqada baş tutan NATO sammitinin yekun bəyanatı son bir neçə onillikdə cəmi beş bənddən ibarət ən qısa bəyanat olub.
Beləliklə, sənəd alyansın Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyini , həmçinin onun müdafiə sənayesini maliyyələşdirəcəyini açıqlayıb. Lakin ölkənin alyansa qoşulmasından bəhs edilməyib.
"NATO müttəfiqləri Ukraynanı dəstəkləmək üçün davamlı suveren öhdəliyini bir daha təsdiqləyir və bu məqsədlə NATO müttəfiqlərinin müdafiə xərclərini hesablayarkən Ukraynanın müdafiəsinə və onun müdafiə sənayesinə birbaşa töhfələr daxil olacaq", - NATO-nun saytında yerləşdirilən sammitin bəyannaməsində deyilir .
Mövsüm
Aznews.az