- Qərb
- 17:22
- 1 111
Rubio: ABŞ-Çin danışıqlarının tarixi hazırda razılaşdırılır

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin danışıqlar aparmaq istəyir. Hazırda görüşün vaxtı razılaşdırılır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubioya istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
"Hər iki tərəf bunu etməkdə çox maraqlıdır. Düşünürəm ki, belə bir görüşün keçirilməsi şansı çox yüksəkdir. Biz hər iki ölkəyə uyğun olan tarix və vaxtı mütləq tapacağıq", - o deyib.
Rubio həmçinin qeyd edib ki, dövlət başçıları arasında danışıqlar onun çinli həmkarı Vanq Yi ilə görüşündən sonra baş tuta bilər.
Mövsüm,
AzNews.az