- Qərb
- 20:38
- 1 077
Zelenski və Makron raketlərin tədarükü və dronların maliyyələşdirilməsini müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makrondan SAMP/T hava hücumundan müdafiə sistemi üçün raketlərin verilməsini və ələ keçirən dronların istehsalının maliyyələşdirilməsini istəyib.
O, bu barədə özünün Telegram kanalında yazıb.
“Biz Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini, xüsusən SAMP/T sistemləri üçün raketlərin tədarükü və ələ keçirən dronların maliyyələşdirilməsini ətraflı müzakirə etdik”, - deyə Ukrayna prezidenti yazıb.
Zelenski deyib ki, Fransa təlim üçün əlavə ukraynalı pilotları qəbul etməyə razılaşıb. Onlar Fransız Mirage qırıcılarından istifadə etmək üçün təlim keçəcəklər.
Mövsüm,
AzNews.az