- Qərb
- 02:08
- 3 070
ABŞ Prezidentindən dünyaya mühüm siqnal: Tramp İlham Əliyevin Xankəndidəki çıxışını paylaşdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycanın Xankəndi şəhərində təşkil olunan “Qlobal Şuşa Media Forumu – 2025”də İlham Əliyevin söylədiyi fikirlərə xüsusi diqqət ayırıb.
O, Azərbaycan Prezidentinin çıxışından 1 dəqiqə 17 saniyəlik hissəni Truth Social platformasındakı hesabından yayımlayıb.
Bakı vaxtı ilə 22 iyul, gecə saat 01:30-da edilən paylaşım qısa müddətdə geniş reaksiyaya səbəb olub.
Azərbaycan prezidentinin çıxışından paylaşılan hissədə İlham Əliyev Trampın yenidən prezidentliyə qayıdacağına dair daha öncədən formalaşmış proqnozundan danışır və onun liderliyinin Bakı-Vaşinqton əlaqələrinə müsbət yanaşma gətirdiyini vurğulayır.
Trampın bu jesti onun dünya siyasətçiləri, xüsusən də Cənubi Qafqaz liderləri arasında ilk dəfə məhz Azərbaycan prezidenti İlham Əliyevə bu dərəcədə açıq dəstək nümayiş etdirməsi kimi qiymətləndirilir.
Siyasi müşahidəçilər bu hadisəni ABŞ-Azərbaycan münasibətlərində yeni perspektiv və daha yüksək səviyyəli tərəfdaşlıq imkanlarının siqnalı kimi dəyərləndirirlər.
AzNews.az