• Qərb
  • 24 İyul 16:36
  •  1 778

Siyarto: Avropa liderləri Aİ-nin güclü mövqeyini itiriblər

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa liderləri “vurulub” və Avropa İttifaqının (Aİ) güclü mövqeyini itiriblər.

"Aİ rəhbərliyi son dərəcə zəifdir və qeyri-münasib davranır. Aİ əvvəllər qlobal siyasətdə və iqtisadiyyatda güclü oyunçu olub. Amma təəssüf ki, bu, keçmişdə qalıb. Niyə? Çünki Avropa liderləri səhv etdilər", - Siyarto qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqının rəqabət qabiliyyəti kəskin şəkildə aşağı düşür.

Mövsüm,

AzNews.az