- Qərb
- 16:35
- 1 264
Litvanın baş naziri istefa verib

Litva hökuməti, baş nazir Gintautas Paluckasın rəhbərliyi ilə istefaya gedib.
Bu barədə Paluckas özü bəyan edib.
“Litva Respublikası Baş naziri postundan istefa vermək qərarını qəbul edərək, Litva Respublikasının 19-cu hökumətinin istefasını elan edirəm. Bəlkə bu bir qədər dramatik səslənə bilər, amma mən istefa verirəm, siz isə yeni baş nazir nə qədər və hansı dəyişikliklərin baş verəcəyinə qərar verənədək müvəqqəti olaraq işinizi davam etdirəcəksiniz,” – deyə Paluckas bildirib. Onun sözlərini Delfi portalı yayıb.
Baş nazir dəqiqləşdirib ki, həmin gün istefa barədə yazılı bildirişi ölkə prezidenti Gitanas Nausedaya təqdim edəcək.
Mövsüm,
AzNews.az