Litva prezidenti hökumətin istefasını qəbul edib

Litva prezidenti Gitanas Nauseda hökumətin istefasını qəbul edib.

Bu barədə Delfi agentliyi məlumat yayıb.

“Prezident Gitanas Nauseda hökumətin və sosial demokrat Gintautas Paluckasın baş nazir vəzifəsindən istefası haqqında fərman imzalayıb”, - məlumatda deyilir.

O, həmçinin müvəqqəti hökumətə öz vəzifələrini icra etməyi tapşıran bir fərman verib.

Mövsüm,

AzNews.az