ABŞ-də Polad zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölüb

ABŞ- nin Pittsburq şəhərinin cənub-şərqindəki US Steel zavodunda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə NBC NEWS xəbər verib.

Partlayışın bazar ertəsi səhər iki koks batareyası arasında baş verdiyi dəqiqləşdirilir. Telekanalın məlumatına görə, həkimlər on qurbandan beşini artıq evə buraxıblar. Daha beş nəfərin vəziyyəti ağır, lakin stabildir.

"Rəsmilər hadisə yerində yardım alan digər zərərçəkənlərin də olduğunu bildirsələr də, onların dəqiq sayını açıqlamayıblar", - məlumatda deyilir.

Mövsüm,

AzNews.az