- Qərb
- 14:47
- 1 259
Aİ Rusiya-ABŞ sammiti fonunda sanksiyalar siyasətini davam etdirəcəyini açıqlayıb

Avropa İttifaqı (Aİ) dövlətlərinin liderləri Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında Alyaskada gözlənilən görüş fonunda Rusiya Federasiyasına qarşı sanksiya siyasətinin davam etdirildiyini bəyan ediblər.
Müvafiq sənəd Avropa Şurasının rəsmi saytında dərc olunub .
“Avropa İttifaqı Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər görməkdə və Ukraynanı dəstəkləməkdə işlərini davam edəcək”, - bəyanatda deyilir.
Bundan əlavə, Aİ ölkələri Ukraynaya hərtərəfli dəstək verməyə davam etmək niyyətində olduqlarını bildiriblər .
Mövsüm,
AzNews.az