• Qərb
  • 25 Avqust 18:56
  •  1 358

İtaliya Ukrayna ərazisinin minalardan təmizlənməsinə kömək etməyə hazırdır

İtaliya hökuməti öz sülhməramlılarını Ukraynaya göndərməkdən imtina etməkdə davam etməklə yanaşı , Ukrayna əraziləri və sularından minaların təmizlənməsinə kömək etməyi təklif edib.

Bu barədə "La Repubblica" məlumat yayıb.

Nəşrin məlumatına görə, respublika hökuməti müttəfiqlərini Ukrayna sularında və quruda minalardan təmizləmə əməliyyatları aparmaq üçün dəniz və quru qoşunlarının mütəxəssislərini göndərməyə hazır olması barədə məlumat verib. Bu, Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlandıqdan sonra həyata keçirilə biləcək “nəzəri hazırlıq”dır.

Qəzet qeyd edir ki, çoxlu sayda tank əleyhinə və piyada əleyhinə minaları, həmçinin partlamamış hərbi sursatları nəzərə alsaq, minalardan təmizləmə Ukrayna ərazisinin 30%-nə qədərinə təsir edə bilər.

Mövsüm,

AzNews.az