- Qərb
- 18:14
- 881
Fridrix Merz: Almaniya NATO-nun Avropa qanadında ən güclü orduya sahib olmalıdır

Almaniyada Almaniya Müdafiə Nazirliyinin Bendlerblok şəhərciyində 33 ildə ilk dəfə olaraq Nazirlər Kabinetinin iclası keçirilib.
Almaniya kansleri Fridrix Merz və Almaniyanın müdafiə naziri Boris Pistorius Nazirlər Kabinetinin iclasından sonra birgə mətbuat konfransı keçirib.
Almaniya kansleri Fridrix Merz Nazirlər Kabinetinin iclasında Almaniyanın yeni hərbi modeli və Milli Təhlükəsizlik Şurasının yaradılması da daxil olmaqla müxtəlif qərarların qəbul edildiyini açıqlayıb.
Merz, "Məqsədimiz 260.000 əsgərə çatmaqdır. Almaniya NATO-nun Avropa qanadında ən güclü orduya sahib olması lazım olan bir ölkədir ", - deyə qeyd edib və yeni hərbi xidmət modelinin Alman ordusunda xidmət etmək üçün kifayət qədər sayda gənci cəlb edəcəyinə inandığını da əlavə edib.
Mövsüm,
AzNews.az