- Qərb
- 28 Avqust 18:45
- 1 033
Finlandiya Hərbi Hava Qüvvələri öz bayraqlarından svastikanı yığışdıracaq

Finlandiya Hərbi Hava Qüvvələri Komandanlığı öz bölmələrinin bayraqlarından svastikanın çıxarılmasına qərar verib.
Bu barədə Kareliya aviasiya alayının yeni komandiri Tomi Böhmə istinadən Yle televiziya və radio şirkəti məlumat yayıb .
“Svastikanın Hərbi Hava Qüvvələrinin bayraqlarının islahatı çərçivəsində Hərbi Hava Qüvvələri bölmələrinin bayraqlarından çıxarılması planlaşdırılır”, - məqalədə deyilir.
Dəyişikliklərə səbəb kimi xarici təzyiqlər və xarici tərəfdaşlarla, xüsusən də amerikalılarla əməkdaşlıq zamanı yaranan narahat vəziyyətlər göstərilib.
Mövsüm,
AzNews.az